Sağlamlıq
Prostat xərçənginin müalicəsi üçün yeni üsul tapıldı
Orhus Universitetində aparılan araşdırma zamanı prostat xərçəngi xəstələrinin bədənin digər hissələrinə metastaz əmələ gəlib-gəlmədiyini təyin edən gen müəyyən edilib.
Publika.az xəbər verir ki, “Nature Communications” jurnalında dərc edilən araşdırmada qeyd olunur ki, təcrübə siçanlar üzərində aparılıb.
Tədqiqatçılar prostat vəzi xərçənginin inkişafı ilə bağlı mürəkkəb funksiyaları öyrənməyə imkan verən siçan modelləri yaradıblar.
“Biz prostat xərçənginin yayılması üçün çox vacib olan KMT2C genini müəyyən etdik. KMT2C geninin itirilməsi metastazların inkişaf riskini artırır. Bu, həm risk altında olan xəstələr, həm də xəstəliyin mahiyyətini anlamaq üçün aktual ola bilər”, - deyə, dosent Martin Tomsen bildirib.
Prostat xərçəngi yavaş inkişaf edir, lakin metastatik prostat xərçəngi müalicəsi çətindir və yüksək ölüm nisbətinə malikdir.
“Bu gen xəstəliyin inkişafının təkzibedilməz sübutudur və gələcəkdə xəstələrin müayinəsi üçün əsas ola bilər. Əgər gen mutasiyaya uğrasa, xəstədə metastazların yaranması riski var. Uzunmüddətli perspektivdə biz bu biliklərdən daha erkən əməliyyatları yerinə yetirmək və ya bir qrup xəstəni daha yaxından izləmək üçün istifadə edə bilərik”, - deyə tədqiqatçı vurğulayıb.
Cəmilə
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































