Sağlamlıq
Qarabasmalar, qorxulu yuxular bu xəstəliyin xəbərçisidir - Ehtiyatlı olun
Qorxunc yuxular və qarabasmalar otoimmün xəstəliklərin erkən əlaməti ola bilər.
Publika.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu xəstələr və həkimlər arasında sorğu keçirdikdən sonra bu qənaətə gəliblər.
Otoimmün xəstəliklər, immunitet sisteminin bədənin sağlam hüceyrələrinə hücum etməsi, müxtəlif orqan və toxumaların iltihablanmasına və zədələnməsinə səbəb olan xəstəlikdir. Bunun nəticəsində bağırsaqların, qalxanabənzər vəzin, 1-ci tip şəkərli diabetin xroniki iltihabı baş verir.
Böyük Britaniya, ABŞ və İtaliyadan olan beynəlxalq tədqiqatçılar qrupu sistemik lupus eritematosusun erkən simptomlarının və ya onun residivinin tez-tez psixozla qarışdırıldığını qeyd ediblər.
Ən çox görülən simptomlardan biri xəstələrin canlı, ağrılı kabuslar gördüyü yuxu pozğunluğudur. Tipik olaraq, bu cür yuxular hücum, tələyə düşmək və ya təbii fəlakətlərlə əlaqəli olur. Bu simptom ilə respondentlərin 60% -i qarşılaşıb. Hər beş nəfərdən üçündə və digər revmatik otoimmün xəstəliyi olan hər üç nəfərdən birində halüsinasiyalar başlamazdan dərhal əvvəl kabuslar görmə ehtimalı daha yüksək olub.
Cəmilə
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































