Sağlamlıq
Balıq yağının görün hansı zərərləri var imiş: hər an insult keçirə bilərsiniz
Balıq əlavələrinin ürək xəstəliyi və insult riskini artırdığı məlum olub. Lakin əlavələr mövcud ürək-damar xəstəliyi olan insanlarda infarkt şansını azalda bilər.
Publika.az xəbər verir ki, bu barədə Çin, ABŞ, Böyük Britaniya və Danimarkadan olan tədqiqatçılar araşdırma aparıblar. Onlar balıq yağı əlavələrini yeni atrial fibrilasiya (düzgün olmayan ürək döyüntüsü) halları ilə müqayisə ediblər. Bunun üçün orta hesabla 12 il ərzində Böyük Britaniya Biobankında 400 mindən çox iştirakçının səhhəti izlənilib. Araşdırma “BMJ Medicine” jurnalında dərc edilib.
Araşdırmada təqib dövrünün əvvəlində ürək-damar xəstəlikləri olmayanlar üçün balıq yağı əlavələrinin müntəzəm istifadəsi atriyal fibrilasiyanın inkişaf riskinin 13% və insult riskinin 5% artması ilə əlaqəli olduğu aşkar edilib.
Lakin tədqiqat dövrünün əvvəlində ürək xəstəliyi olan xəstələr üçün balıq yağı əlavələrinin atriyal fibrilasiyadan infarkt keçirmə riskinin 15%, ürək çatışmazlığından ölüm riskinin isə 9% daha az olduğu məlum olub.
Britaniya Ürək Fondunun baş dietoloqu Treysi Parker bildirib ki, bu tədqiqat müntəzəm olaraq balıq yağı əlavələri qəbul edən insanları narahat etməməlidir.
Roza Şəfiyeva
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































