Sağlamlıq
Alimlər təəccüb içindədir: Piylənmə insanı təhlükəli xəstəlikdən qoruyurmuş
Demansiya nisbətlərinin azaldığı halda piylənmə nisbətlərinin niyə artdığını anlamağa çalışan mütəxəssislər araşdırmaları nəticəsində diqqətəlayiq məlumatlar əldə ediblər.
Orta yaşda piylənmənin yaşlandıqca demensiyanın inkişafı üçün aparıcı risk faktoru olduğu çoxdan bilinir. Qeyd edilir ki, orta yaşda piylənmə, xüsusilə beyinə qan axını azaldıqda meydana gələn damar demensiyası üçün mühüm risk faktoru hesab olunur. Piylənmə bütün bədəndəki qan damarlarına zərər verə bilən yüksək qan təzyiqi riskidir. O, həmçinin damarlarda lövhə yığılmasını artıraraq qan axınının yavaşlamasına səbəb ola bilər.
Amma maraqlısı odur ki, 65 yaşdan sonra bu vəziyyət dəyişir. Belə ki, bu yaş həddindən sonra artıq çəkiyə sahib olmağın beynə təsir edən xəstəliklərə qarşı qoruyucu funksiyası olduğu aşkarlanıb.
Publika.az xəbər verir ki, bu iki ziddiyyətli faktı tədqiqatçılar “piylənmə paradoksu” adlandırıblar. Beləliklə, piylənmənin bütün hallarda insan sağlamlığı üçün zərərli olduğuna dair ənənəvi inanca zərbə vurulur.
Paradoksun əsas səbəbi isə hələlik məlum deyil.
Mütəxəssislər, kök insanların həkimlərlə daha çox təmasda olduqlarını və bunun da riski azaltmış ola biləcəyini bildirirlər.
Araşdırmanın nəticələri “JAMA Neurology” jurnalında dərc edilib.
(Medicina.az)
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
















.png)




















