Sağlamlıq
Siqareti tərgitdikdən sonra insan niyə kökəlir? - Səbəbi budur
Siqareti tərgitdikdən sonra orqanizm həzzin əvəzedicisini axtarır və onu yeməkdə tapır. Buna görə də sürətli kökəlmə prosesi başlayır. Nikotin mədə-bağırsaq traktının fəaliyyətinə ciddi təsir göstərir, bu da insanın aclıq hissinin dəyişməsinə səbəb olur.
Publika.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq ətraflı izahat verib. Siqareti tərk etdikdən sonra bu təsir güclənir və orqanizm tez-tez qida istehlakını artırmaqla kompensasiya axtarmağa başlayır.
Siqaret təkcə mədə-bağırsaq traktını depressiyaya salmır, həm də orqanizmin hormonal səviyyəsinə mənfi təsir göstərir. Məsələn, nikotin həm kişilərdə, həm də qadınlarda cinsi hormon səviyyələrini azalda bilər, bu da libidonun azalması, çəki dəyişiklikləri, metabolik problemlər və xərçəng riskinin artması kimi müxtəlif problemlərə şərait yaradır.
Bundan əlavə, siqareti tərgitmək prosesi dopamin, kimi endorfin hormonlarının istehsalına da təsir göstərir. Buna görə də nikotindən məhrum olan orqanizm həzz almaq üçün başqa yollar axtarmağa başlayır. İnsanlar bunu yeməkdə tapırlar. Pəhrizinizə nəzarət etməsəniz və aktiv həyat tərzi keçirməsəniz, bu, artıq çəkiyə səbəb olacaq.
Beləliklə, siqareti atmaq təkcə fiziki güc deyil, həm də psixoloji sabitlik tələb edir. Nikotini tərk etməyin mənfi təsirlərini minimuma endirmək və ümumi sağlamlığınızı qorumaq üçün pəhrizinizə nəzarət etmək mütləqdir. Təbii ki, fiziki aktivlik də öz yerində.
Yeri gəlmişkən, qeyd edək ki, 31 may bütün dünyada Tütünsüz Gün kimi qeyd olunur.
Cəmilə
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı




































