Sağlamlıq
Bağça müəlliməsindən inanılmaz addım: QARACİYƏRİNİ...
ABŞ-da uşaq bağçası müəlliməsi qaraciyərinin bir hissəsini yataq xəstəsi olan 5 yaşlı uşağa verib.
Publika.az xəbər verir ki, bu barədə "People" nəşri yazır.
Bildirilir ki, 5 yaşlı Ezra Toşek doğuşdan qaraciyər xəstəliyindən əziyyət çəkirmiş. Bu, onun səhhətində əlavə problemlər də yaradırmış. Bu yaxınlarda həkimlər xəstəliyin son mərhələyə keçdiyini və tezliklə orqanın tamamilə sıradan çıxacağını açıqlayıblar. Toşek transplantasiya siyahısına salınıb, lakin onun nə qədər gözləməli olacağı bilinmirdi.
Əvvəllər məktəbəqədər təhsil müəssisəsində onun müəllimi olmuş Karissa Fişer uşağın vəziyyətinin ağır olduğunu öyrənib. Qadın dərhal Toşek üçün canlı donor olmaq üçün müraciət edib. May ayında həkimlər Fişerin oğlan üçün ideal donor olduğunu və onun qaraciyərinin bir hissəsini bağışlaya biləcəyini təsdiqləyiblər.
“Onun mehribanlığı, alicənablığı və fədakarlığı bizi heyrətə gətirir. Bunun həqiqətən baş verməsi inanılmazdır və biz davam edə bilərik. Biz çox minnətdarıq”, - oğlanın anası Karen deyib.
Adəm
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı















.png)





















