Sağlamlıq
Alimlər beş uşağı anadangəlmə karlıqdan sağaldıb
Çinin Şanxay əyalətində yerləşən Fudan Universitetinin alimləri gen terapiyasından istifadə etməklə 5 uşağı irsi karlıqdan sağalda biliblər.
Publika.az xəbər verir ki, bu barədə “Nature Medicine” (NatMed) elmi jurnalı yazıb.
Qeyd olunur ki, bu təcrübədə 1 yaşdan 11 yaşa qədər olan uşaqlar iştirak edib və onlarda Otof genindəki irsi mutasiyalar səbəbindən anadangəlmə karlıq var idi. Bu, bədənin qulaqdan beyinə eşitmə siqnallarını ötürən otoferlin proteinini istehsal etmək qabiliyyətinin pozulmasına səbəb olur.
Elm adamları təsirlənmiş genin işləyən nüsxələrini daxili qulağa çatdıracaq qeyri-aktiv virusdan istifadə etməyi təklif ediblər. Genetik material təyinat yerinə çatdırıldıqdan sonra qulaq hüceyrələri ondan otoferlin istehsal etmək üçün "təlimat" kimi istifadə edib. Manipulyasiyalar nəticəsində 13 həftədən sonra uşaqlar anadangəlmə karlıqdan sağalıb.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















