Sağlamlıq
Bəzi qidalar təhlükəlidir - Qorxulu xəstəlik yaradır
Botulizmin ən çox yayılmış infeksiya mənbəyi konservləşdirilmiş qidalardır, ancaq hisə verilmiş, duzlu və ya qurudulmuş balıq yeməklə də yoluxa bilərsiniz.
Publika.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı infeksionist və pediatr Yevgeni Şapovalov məlumat verib.
"Botulizmə səbəb botulinum toksini istehsal edən clostridium botulinum bakteriyasıdır. Bu proses yalnız aşağı oksigen səviyyələrində, məsələn, germetik bankada gedir. Buna görə də, çox vaxt infeksiya konservləşdirilmiş qidaları istehlak edərkən baş verir: duza qoyulmuş və ya marinadlaşdırılmış tərəvəzlər, konservləşdirilmiş ət, balıq, tərəvəz, kompotlar və ya mürəbbə", - deyə infeksionist bildirib.
Həkim, həmçinin qeyd edib ki, botulizmə qurudulmuş, duzlu və ya hisə verilmiş balıqdan da yoluxmaq mümkündür: "Əgər məhsul hazırlanma prosesində düzgün emal olunmayıbsa, botulizmə yoluxmaq mümkündür. Ona görə də, balığı ancaq xüsusi dükanlardan almaq və onu soyuducuda, 3 dərəcədən çox olmayan temperaturda saxlamaq lazımdır".
"Evdə məhsulları konservləşdirərkən qabları hərtərəfli sterilizasiya etmək vacibdir. Həmçinin mağazadan şişmiş və ya zədələnmiş qutularda olan məhsullar qətiyyən alınmamalıdır", - Şapovalov əlavə edib.
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































