Sağlamlıq
Bu qidalardan imtina edin: qalxanabənzər vəzin sağlamlığı naminə
Endokrinoloq Maria Elesina bildirib ki, insan sağlamlığı əsasən qalxanabənzər vəzinin düzgün işləməsindən asılıdır.
Publika.az xəbər verir ki, Lenta.ru-ya müsahibəsində həkim bu orqanın işini dəstəkləmək üçün bəzi qidalardan imtina etməyə çağırıb.
Həkim şəkər tərkibli şirniyyatları, qazlı içkiləri və yarımfabrikatları (konservlər, souslar, cemlər, kolbasalar) pəhrizdən xaric etməyi tövsiyə edib. Bu qidaların qəbulu qanda insulin səviyyəsinin dəyişməsinə səbəb olur ki, bu da qalxanabənzər vəzin funksiyasına mənfi təsir göstərir.
Endokrinoloq soya südü, tofu və soya sousu da daxil olmaqla soya məhsullarından imtina etməyi tövsiyə edib. O, soyanın tiroid hormonlarının sintezini yavaşlatan estrogen istehsalını stimullaşdırdığını deyib. Soyanın tərkibində olan izoflavonlar da dərmanlardan hormonların udulmasını azaldır.
Mütəxəssis artıq qalxanabənzər vəzi ilə bağlı problemləri olan insanları pəhrizlərindən kələm, gül kələm və turp kimi tərəvəzləri çıxarmağa çağırıb.
"Fakt budur ki, bu tərəvəzlərin həzm edilməsi prosesində qalxanabənzər vəzinin normal fəaliyyəti üçün lazım olan yod miqdarını udmaq qabiliyyəti azalır".
Cəmilə
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































