Sağlamlıq
Bu müəssisədə saxta alkoqollu içkilər istehsal olunur
Qida Təhlükəsizliyi Agentliyi daxil olan məlumat əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları ilə birgə Gəncə şəhərinin Ə.Nəcib küçəsində gizli fəaliyyət göstərən Vəlixan Azər oğlu Zeynalova məxsus sexdə reyd keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı sexdə normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Müxtəlif əmtəə nişanlı şüşə butulkalar yuyulub təmizlənərək saxta üsullarla (“Banketnaya Yubiley” nişanlı 36 ədəd 0.7 litrlik, “Medalyon M” nişanlı 12 ədəd 0.250 litrlik, “Arxangels” nişanlı 1 ədəd 1 litrlik və 1 ədəd 0.5 litrlik, “Formula” nişanlı 2 ədəd 1 litrlik və 2 ədəd 0.7 litrlik, “Banketnaya Yaşıl” nişanlı 1 ədəd 0.7 litrlik, “Miraj” nişanlı 5 ədəd 0.7 litrlik) qablaşdırılmış içkilər, həmçinin etiketləri müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, 2 nerj materialdan olan çəlləkdə saxta alkoqollu içkilərin hazırlanmasında istifadə edilən 67 litr su-spirt qarışığı aşkarlanıb. Müayinələrin aparılması üçün hazır məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Eyni zamanda, qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan


























.jpg)









