Sağlamlıq
Beyin xərçəngi riskini azaldan faktorlar - Onkoloq tövsiyəsi
Klinik məsləhətçi neyro-onkoloq Sara Mid beyin xərçənginin inkişaf riskini azaldan əsas amilləri sadalayıb.
Publika.az xəbər verir ki, mütəxəssis ilk növbədə çöldə, açıq havada mümkün qədər çox vaxt keçirməyi tövsiyə edib.
Onkoloqun sözlərinə görə istənilən açıq hava fəaliyyəti - üzgüçülük, idman, gəzinti, hətta sadəcə dostlarla görüşmək - ümumi fiziki sağlamlığa xeyir verir və beyinə faydalı təsir göstərir. Birincisi, immunitet sistemini gücləndirir, ikincisi, stress səviyyəsini azaldır.
Həkim beyin xərçənginin qarşısının alınmasında növbəti amil kimi düzgün qidalanmağı qeyd edib. O, daha çox yağlı balıq, vitaminlə zəngin tərəvəz, meyvə və göyərti yeməyi məsləhət görüb, lakin bu qidaların heç birinin təkbaşına xərçəngdən qoruya bilməyəcəyi barədə xəbərdarlıq da edib.
"Sağlam tarazlığı və sağlam çəkini qorumaq, balansı düzgün saxlamaq əsas şərtdir”.
Mütəxəssis vurğulayıb ki, stress birbaşa xərçənglə əlaqəli olmasa da, depressiya və yüksək qan təzyiqi riskini artırır. Bundan əlavə, xroniki emosional stress vəziyyətində sağlam həyat tərzinə riayət etmək çətindir. Stressli vəziyyətlərin sayını azaltmaq üçün o, fəaliyyətləri planlaşdırmağı və əvvəlcədən istirahət etməyi, həmçinin aydın gündəlik rejimə riayət etməyi tövsiyə edib.
Onkoloq yuxunun beyin sağlamlığı üçün vacibliyindən də danışıb. Mütəxəssis hesab edir ki, insan hər gün ən azı yeddi-doqquz saat yatmalıdır. O, xəbərdarlıq edib ki, uzun müddət yuxusuz qalma orqanizmin hüceyrələrini köhnəldir və xərçəng riskini artırır.
Cəmilə
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan


























.jpg)









