Sağlamlıq
Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
Tədqiqatlara görə, dünyada artan temperatur göbələklərin mutasiyaya uğrayaraq dərmana davamlı olmasına səbəb olur.
Xüsusilə son illərdə temperaturun sürətlə artmasını nəzərə alan ekspertlər bunun qiyamət ssenarisi ola biləcəyini deyirlər.
Publika.az xəbər verir ki, Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları dünyada artan temperaturun göbələklərin təkamülünə necə təsir etdiyini araşdırıblar.
Tədqiqatçılar aşkar ediblər ki, yüksək temperatur göbələklərin genetik strukturunda dəyişikliklərə səbəb olur ki, bu da onların həm yoluxuculuğunu artırır, həm də dərmanlara davamlı edir.
Mütəxəssislər insanlarda göbələk infeksiyalarının tez-tez baş verdiyini və ciddi sağlamlıq problemlərinə səbəb olduğunu nəzərə alaraq bunun xüsusilə narahatedici olduğunu bildirirlər.
Çindəki xəstəxanalarda apardıqları araşdırmada tədqiqatçılar əvvəllər məlum olmayan göbələk növlərinin meydana gəldiyini və bəzilərinin xüsusilə göbələk xəstəliklərində istifadə edilən antifungal dərmanlara qarşı müqavimət göstərdiyini müəyyən ediblər.
Bu növlərin aqressiv inkişaf etdiyi və 37 dərəcəyə, yəni insan bədən istiliyinə məruz qaldıqda belə immunitet sisteminə davamlı olduğu müşahidə edilib.
Nəticə etibarı ilə alimlər vurğulayırlar ki, qlobal temperatur artdıqca bu cür göbələklərin daha çox yayılması və təhlükəli hal alması riski arta bilər. Buna görə də, yeni antifungal dərmanların hazırlanması və mövcud müalicə variantlarının təkmilləşdirilməsi təcili ehtiyac kimi önə çıxır.
(Medicina.az)
-
Rəsmi xronika23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto


























.jpg)









