Sağlamlıq
Naxçıvanda 19 mindən çox dondurmada bakteriyalar AŞKARLANDI - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri ilə bir neçə dondurma məhsulu partiyasında “enterobacteriaceae” bakteriyaları aşkarlanıb. Uyğunsuzluq aşkarlanmış dondurmaların satışdan geri çağırılması barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edilib ki, məhsulların geri çağırılması ilə bağlı topdançı şirkətlər tərəfindən agentliyə yazılı müraciət daxil olub və 9240 ədəd “Qoşa qapı” əmtəə nişanlı vanilli “Eskimo”, 7440 ədəd “İçərişəhər” əmtəə nişanlı vanilli plombir və 2880 ədəd “Yolka” əmtəə nişanlı qaymaqlı dondurma məhsulları olmaqla, ümumilikdə, 19 min 560 ədəd məhsulun məhv edilməsi barədə müvafiq qərar qəbul edilib. Məhvetmə prosesi agentlik əməkdaşlarının iştirakı ilə bu gün həyata keçirilib.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









