Sağlamlıq
Evlərdəki əsl mikrob yuvası: Tualetdən 17 min dəfə daha çirklidir
Əvvəlki araşdırmalar tualetin, qapı tutacaqlarının, kranların və hətta telefonların ən çirkli yerlər və əşyalar olduğunu göstərmişdi.
Lakin son araşdırmanın nəticəsi tamamilə fərqli olub.
Publika.az xəbər verir ki, uzun müddət dəyişdirilməyən yastıq üzü və çarşafların əsl mikrob yuvası olduğu açıqlanıb.
Məsələn, yastıq üzlükləri ən çirkli tualetlərdən 17 min dəfə daha çirklidir, çarşaflar isə cəmi bir həftə ərzində hamam qapısının tutacağından təxminən 25 min dəfə çox bakteriya toplaya bilir.
Mövzuyla əlaqədar Prof. Dr. Ergün Tozkoparan bunları deyib:
“Çarşaflar və yastıq üzlükləri mikrobların artması üçün uyğun mühit yaradır. Allergiyaya səbəb olan bəzi parazitlər də buralarda özlərinə uyğun mühit tapırlar. Həmin parazitlər allergik xəstəliklərə səbəb ola bilər”.
Professor həftədə bir dəfə çarşafları yumağın kifayət etmədiyini, yatağın da tez-tez təmizlənməli olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, yataqdakı natəmizlik həssas insanlarda astma tutmalarına səbəb ola bilər.
“Qrip, yuxarı tənəffüs yolları allergiyası olan insanlarda asqırma, burun axıntısı və xroniki öskürəyə səbəb ola bilər. Həmçinin nəfəs darlığı və xırıltı kimi əlamətlər üzə çıxa bilər. Bu hallarda allergiyanın şiddəti insandan insana dəyişir".
(Medicina.az)
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









