Sağlamlıq
Bədənin hansı hissələri hər gün yuyulmalıdır? – Dermatoloqlar açıqladı
Şampunun tərkibindəki maddələrin bədən dərisindəki məsamələri bağlamaması üçün əvvəlcə saçınızı, sonra bədəninizi yumalısınız.
Publika.az xəbər verir ki, bu barədə "Health"a ekspertlər məlumat veriblər.
Dermatoloqlar duşda ilk növbədə saçınızı yumağı məsləhət görürlər. Məsələ burasındadır ki, bir çox şampun və kondisionerlərin tərkibində saçları qidalandıran, lakin bədəndə sızanaq və follikulit yarada bilən maddələr var.
“Zərurət olmadıqca hər gün başı, kürəyi, döş qəfəsini, mədə, bud və çiyinləri yumaq lazım deyil. Ancaq hər gün qasıq və qoltuqları yumaq lazımdır. Çünki bu gölgələrdə tər və qoxu istehsalından məsul olan apokrin vəziləri var”, - deyə dermatoloqlar bildiriblər.
Onların sözlərinə görə, göbələk infeksiyası riskini azaltmaq üçün hər dəfə duş qəbul edərkən ayaqları, o cümlədən barmaqların arasını sabunla yumaq lazımdır.
“Çox tərləyəndə, üzdükdən və ya idmandan sonra mütləq duş qəbul etməlisiniz. Digər hallarda gündəlik duşa ehtiyac yoxdur.
Ekzeması və ya dərisi quru olan insanlar üçün həftədə üç-dörd dəfə duş qəbul etmək kifayətdir”, - deyə ekspertlər vurğulayıblar.
(Medicina.az)
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









