Sağlamlıq
Gündə ən azı bir fincan qəhvə için: Bu xəstəliyin qarşısını alır
Bir qrup alim müəyyən edib ki, aktiv qəhvə istehlakı polikistik yumurtalıq sindromunun inkişaf riskini 69% azaldır.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Nutrition” jurnalında dərc olunub.
Tədqiqatda polikistik yumurtalıq sindromu olan 126 qadın və 159 sağlam könüllü nəzarət qrupuna cəlb olunub. İştirakçıların orta yaşı 29, orta hesabla kofein qəbulu isə 52,46 mq/gün olub.
Polikistik yumurtalıq sindromu (PCOS) yumurtlamanın olmaması və ya nadir hallarda baş verməsi, həmçinin yumurtalıqda kistlərin əmələ gəlməsi ilə xarakterizə olunur. PCOS endokrin qadın sonsuzluğunun ən çox yayılmış səbəbidir.
Tədqiqatçılar müəyyən ediblər ki, aktiv şəkildə qəhvə (gündə iki və ya daha çox fincan) istehlak edən iştirakçılarda müxtəlif səbəblərdən qəhvə içməyi dayandıran qadınlara nisbətən yumurtalıqların polikistik sindromunun inkişaf riski 69% azdır. Bundan əlavə, gündə ən azı bir fincan qəhvə içən qadınlarda polikistik yumurtalıq sindromunun anovulyator fenotipini inkişaf etdirmək ehtimalı 72% az olur.
Tədqiqat müəllifləri belə qənaətə gəliblər ki, ən azı bir fincan qəhvə içmək polikistik yumurtalıq sindromunun inkişaf ehtimalını azalda bilər. Bu fayda, çox güman ki, kofeinin antiinflamatuar təsiri və insulinə həssaslığını artırmaq və cinsi hormonları tənzimləmək qabiliyyəti ilə bağlıdır.
Cəmilə
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq







































