Sağlamlıq
Ərzaq mağazasında yararsız kolbasa məhsulları aşkarlandı
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunun Badaşqan kəndində fəaliyyət göstərən ərzaq mağazasında plandankənar yoxlama həyata keçirilib.
Agentlikdən Publika.az-a bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, bəzi qida məhsullarının mağazanın xaricində birbaşa günəş şüaları təsiri altında saxlanıldığı, bir ədəd “Bizim dana” və 9 ədəd “Ovçular” əmtəə nişanlı yarımhisə verilmiş kolbasa məhsullarının yararlıq müddətinin bitdiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Aşkar olunan uyğunsuzluqlarla bağlı mağaza rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar qəbul edilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər







































