Sağlamlıq
Yemək neçə dərəcə olmalıdır? – Bu xəstəliklərə tutulmaq istəmirsizsə...
Həddindən artıq isti yeməklər, o cümlədən yüksək temperaturlu içkilər istehlak edilməməlidir. Çünki bu, mədə-bağırsaq sistemində müxtəlif patoloji dəyişikliklərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya qastroenteroloq Yevgeniya Zarubina bildirib.
“Belə vəziyyətdə ilk növbədə ağız boşluğu əziyyət çəkir. Dilin papillaları dad və termoreseptorlara malikdir. Əgər yemək çox isti olarsa, siz artıq yeməyin dadını hiss etməyəcəksiniz. Dil reseptorlarının daimi termal qıcıqlanması onların həssaslığının azalmasına səbəb ola bilər. Həmçinin, istehlak edilən qidanın temperaturu yüksək olduqda, epitel hüceyrələri ölür və bu, yemək borusu və mədə yanıqlarına səbəb ola bilər”, - deyə həkim xəbərdarlıq edib.
Onun sözlərinə görə, ən yaxşı halda bu, udma zamanı diskomforta, yemək borusu və mədədə ağrıya səbəb olacaq:
“Ən pis halda isə uzun müddət müalicə tələb edən vəziyyətə - yuxarı mədə-bağırsaq sistemində mühüm dəyişikliklərə gətirib çıxaracaq. Bundan əlavə, çox isti xörək yemək borusu və mədənin xroniki xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər”.
Həkim orqanizm üçün ən optimal qida temperaturunun 40-42 dərəcə olduğunu diqqətə çatdırıb: “Bu, ferment sisteminin ən yaxşı işlədiyi daxili orqanların temperaturundan bir qədər yüksəkdir”.
(Medicina.az)
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)









