Sağlamlıq
Azərbaycanın bu qonşusundan da xəbər gəldi: COVİD ölkəni bürüyür
Rusiyada son bir həftədə COVID-19-a yoluxma hallarının sayı 28,2% artıb.
Publika.az xəbər verir ki, bu barədə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahı bildirib.
“Son bir həftədə əhalinin hər 100 min nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 5,43 olub və əvvəlki həftə ilə müqayisədə 28,2% artıb”, - deyə məlumatda bildirilir.
Rusiya Federasiyasının 58 təsis qurumunda, o cümlədən 14 regionda yoluxma sayında artım müşahidə olunur. Son bir həftə ərzində ümumilikdə 886 nəfər infeksiya ilə xəstəxanaya yerləşdirilib. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 0,6% azdır.
Operativ Qərargah onu da qeyd edib ki, 29 rayonda xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. 14 rayonda bu göstərici ölkə üzrə orta göstəricini üstələyir.
Eyni zamanda son bir həftə ərzində 7 785 nəfər sağalıb. Bu, ötən həftə ilə müqayisədə 7,5% çoxdur.
Qeyd edək ki, yenidən yayılmış virus nəticəsində 10 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, Türkiyədə də koronovirusa yoluxanların sayının sürətlə artdığı bildirilir.
Adəm Abbaslı
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































