Sağlamlıq
Bu ölkədə “mpox” virusuna ilk yoluxma halı qeydə alındı
İsveçin sosial məsələlər naziri Yakob Forssmed təsdiq edib ki, ölkədə “mpox” virusuna (meymunçiçəyi ) ilk yoluxma halı qeydə alınıb.
Publika.az xəbər verir ki, o, infeksiyanın yayılması ilə əlaqədar vəziyyət barədə əhalini məlumatlandırmaq üçün İctimai Səhiyyə Agentliyi ilə birgə mətbuat konfransı keçirib.
Forssmedin sözlərinə görə, tibbi yardım üçün Stokholm regionuna müraciət edən pasiyent hazırda virusun geniş yayıldığı Konqo Demokratik Respublikasında olub.
“Bu, Afrika qitəsindən kənarda diaqnostika olunan virus variantının səbəb olduğu ilk hadisədir”, - deyən İctimai Səhiyyə Agentliyinin baş direktorunun səlahiyyətlərini icra edən Oliviya Viqzel qeyd edib ki, Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (ECDC) xəstəliyin yayılma riskini çox aşağı olaraq qiymətləndirir.
Viqzel əlavə edib ki, İsveçdə infeksiya ilə mübarizə üzrə bundan sonra keçiriləcək tədbirlərə ehtiyac yoxdur və meymunçiçəyinə qarşı vaksin ehtiyatı kifayət miqdarda var.
Qeyd edək ki, çərşənbə günü Ümumdünya Səhiyyə Təşkilatı Afrikada yayılmış “mpox” virusuna görə beynəlxalq fövqəladə vəziyyət elan edib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)









