Sağlamlıq
Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı daha bir qurum HƏRƏKƏTƏ KEÇDİ
Hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkəyə sirayət etməsinin qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilir. DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən sərhəd buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalarla bağlı maarifləndirici təlimlər mütəmadi olaraq keçirilir. Son dövrlərdə isə meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikası mövzularına xüsusi diqqət yetirilir.
Hava limanları və digər sərhəd buraxılış məntəqələrində hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə edilir. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışı və epidemioloji sorğusu ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə "Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"a əsasən həyata keçiriləcək" , - məlumatda qeyd edilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov meymunçiçəyi virusunun laboratoriya müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatlarının ölkəyə gətirildiyini bildirmişdi.
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)










