Sağlamlıq
Ermənistan konyaklarının təhlükəli olduğu üzə çıxdı
“Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar, 90 %-nin təhlükəli olduğu ortaya çıxıb, eyni zamanda məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər var”.
Publika.az xəbər verir ki, bu barədə “Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.
Məlumatda bildirilib ki, tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb. Nümunələr Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarından alınıb. Onlar analiz üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib.
“Onlardan 177-də, yəni 89 %-də (10 nümunədən 9-da) pozuntular aşkar edilib. Demək olar yarısında isə qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb" - deyə bildirilib.
Qeyd edilib ki, içkini konyak edən məhz üzüm mənşəli spirtlərdir. Beləliklə, yalnız 23 nümunənin dövlət standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxıb.
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)










