Sağlamlıq
Bir qurtumluq ləzzəti olsa da... - Pivə haqqındakı MİF DAĞILDI
Pivənin böyrək daşlarını çıxarmağa kömək etdiyi iddiasının heç bir elmi əsası yoxdur.
Publika.az xəbər verir ki, bunu "Lenta.ru"ya endokrinoloq Oleq Sikorski deyib.
Sikorski, pivənin böyrək daşlarını çıxarmaq üçün faydaları ilə bağlı heç bir elmi araşdırmanın olmadığını bildirib, deyib ki, maye qəbulu əslində böyrək daşlarının qarşısını almağa kömək edir, amma həkimlərin pivənin bu xəstəliyi olan insanlara məsləhət görməsi absurddur.
"Hər hansı bir mayenin həddindən artıq istehlakı ifrazat orqanlarına çox yük verir. Ən təhlükəlisi isə budur ki, həm pivədə, həm də hər hansı digər spirtli içkilərdə etil spirti var" - deyə Oleq Sikorski bildirib.
Endokrinoloq xəbərdarlıq edib ki, insanlar bu üsulla böyrək daşlarından xilas olmayacaq.
"Hər hansı bir alkoqolun həddindən artıq istehlakının bədən üçün mənfi nəticələrini bilmək lazımdır. Nəticədə çəki artımı, qaraciyər, ürək, sinir sistemi və beyin problemləri meydana çıxır", - Sikorski əlavə edib.
Adəm Abbaslı
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









