Sağlamlıq
Yeni antibiotiklər kəşf edildi: Şimal Buzlu okeanın dərinliklərində...
Şimal Buzlu okeanında yaşayan mikroblar yeni antibiotiklərin mənbəyi ola bilər.
Publika.az xəbər verir ki, “The İndependent” alimlərin bununla bağlı laboratoriya təcrübələrində uğurlu nəticələr əldə etdiklərini yazıb.
Hazırda istifadə edilən antibiotiklərin əksəriyyəti aktinobakteriyalar adlanan quruda yaşayan mikroorqanizmlərdən gəlir. Lakin antibiotiklərə davamlı bakteriyalar geniş yayıldıqca alimlər yeni mənbələr kəşf etməyə çalışırlar. Təxmin edilir ki, su aktinobakteriyaları dəniz mühitində təzyiq, temperatur və duz konsentrasiyası kimi amillərə görə daha çox növ birləşmələr əmələ gətirir.
Tədqiqatçılar bəzi onurğasızların içərisində yaşayan və 2020-ci ildə Şimal Buzlu okeanından çıxarılan aktinobakteriyaları tədqiq ediblər.
“Frontiers in Microbiology” jurnalında dərc edilən araşdırmada 4 aktinobakteriyanın istehsal etdiyi birləşmələrin enteropatogen E. coli (EPEC) adlı bakteriyaya təsiri müşahidə olunub. Bağırsaq hüceyrələrinə təsir edən bu bakteriya, xüsusilə azyaşlı uşaqlarda şiddətli ishala səbəb olur. Laboratoriyada yetişdirilən hüceyrələrdəki birləşmələri sınaqdan keçirən qrup, iki növün bakteriyaların xəstəliyə səbəb olmasının qarşısını aldığını müəyyən edib.
Nəticələr ümidverici olsa da, antibiotik kimi istifadə edilməzdən əvvəl daha çox araşdırmaya ehtiyac var.
“İndiyə qədər biz yalnız laboratoriya tədqiqatları aparmışıq, ona görə də birləşmələrin klinik istifadədə hər hansı real əhəmiyyətinin olub-olmadığını bilməyimizə qədər çox yolumuz var” - Helsinki Universitetindən tədqiqatın həmmüəllifi Paivi Tammela bildirib. O, dənizin dərinliklərində kəşf edilməyi gözləyən başqa birləşmələrin olduğunu proqnozlaşdırıb.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









