Sağlamlıq
Yeni qan qrupu kəşf edildi
Böyük Britaniyada 50 illik araşdırmalar nəticəsində yeni qan qrupu kəşf edilib.
Publika.az xəbər verir ki, tədqiqatçıların “MAL” adlandırdıqları yeni kəşf edilmiş qan qrupuna çox az adamın sahib olduğu düşünülür.
İngiltərədə Bristol Universiteti, NHS Qan və Transplant və NHSBT Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasının tədqiqatçıları yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar.
Bu araşdırma ilə varlığı çoxdan məlum olan, lakin sirr olaraq qalan AnWj qan qrupu antigeninin genetik infrastrukturu tamamlanıb. Tədqiqatın nəticələri bu qan qrupu olan xəstələri müəyyənləşdirmək və müalicə etmək üçün istifadə olunacaq.
NHS Qan və Transplantın üzvü, baş tədqiqatçı Luiz Tile bildirib ki, “AnWj”nin genetik fonu 50 ildən çoxdur sirr olaraq qalır və onun həlli uzun bir komanda səyinin nəticəsidir. Nadir qan qrupunun mənfi növü indiyədək yalnız bir neçə insanda aşkarlanıb. Lakin son kəşf sayəsində artıq bu qan qrupuna malik olan digər insanları tapmaq daha asan olacaq.
L.Tilley diqqətə çatdırıb ki, tədqiqat qrupu “AnWj” antigeninin “MAL” zülalında daşındığını aşkarlayıb. Bu qan qrupu olan insanların 99,9 faizindən çoxunda “AnWj” müsbətdir və tam ölçülü “MAL” zülalı bu şəxslərin qırmızı qan hüceyrələrində olur.
Tədqiqat göstərir ki, bir çox insan ABO və RH qan qrupu sistemləri ilə tanış olsa da, başqa qan qrupları da mövcuddur. “AnWj” mənfi və “AnWj” müsbət qan qrupları arasında qanköçürmənin müxtəlif reaksiyalara səbəb ola biləcəyi və hətta ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edilir.
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər














.jpg)
























