Sağlamlıq
Mütəxəssislər səhərlər qəhvə içənlərə xəbərdarlıq etdi
Davamlı mübarizə aparan və həyatın xaosunda yaşamağa çalışanların səhərlər qəhvə içmək vərdişi ilə bağlı xəbərdarlıq edilib. Məlum olub ki, hər səhər qəhvə içmək vərdişi heç də faydalı deyil.
Publika.az xəbər verir ki, qəhvənin insan orqanizminə təsiri ilə bağlı aparılan araşdırmalar, illərdir qəhvəni yanlış şəkildə istehlak etdiyimizi ortaya çıxarıb.
Məlum olub ki, günə daha enerjili başlamaq üçün çoxlarının səhər üstünlük verdiyi qəhvəni acqarına içmək olmaz. Çünki bu, insan orqanizminə faydadan çox zərər verir. Səhər acqarına istehlak edilən qəhvə orqanizmdə qan şəkəri səviyyəsində balanssızlığa səbəb olur. Bu, gün ərzində özünüzü zəif və yorğun hiss etməyinizlə nəticələnir.
Acqarına qəhvə içmək müvəqqəti olaraq yatmağınıza kömək etsə də, sizə enerji versə də, günün qalan hissəsində özünüzü daha yorğun və ləng hiss edəcəksiniz. Odur ki, səhər qəhvə toxqarına içilməlidir. Acqarına qəhvə içmək həm də mədə narahatlığına səbəb olur. Qəhvə turşu tərkibli bir içkidir və acqarına qəhvə içmək vərdiş halına gələndə bu, mədə turşusunun balanssızlaşmasına gətirib çıxarır.
Aysel Şahmar
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!















.jpg)





















