Sağlamlıq
Ebolaya qarşı vaksin sınaqdan keçirildi
ABŞ-da Ebola virusuna qarşı hazırlanmış vaksin ilk
klinik sınaqlardan uğurla keçib. O, 20 könüllü üzərində sınanıb və
müsbət nəticə əldə edilib. Yekunda hər bir pasiyentin immunitetinin
Ebolaya qarşı antigen hasil etdiyi bəlli olub.
Publika.az-ın məlumatına görə, sınaqlar zamanı qısamüddətli
qızdırmadan başqa heç bir kənar təsir qeydə alınmayıb.
Bu uğuru alqışlayan Prezident Barak Obamanın dekabrın 2-də
ölümcül xəstəliyə qarşı vaksinin hazırlandığı allergik və infeksion
xəstəliklər üzrə milli instituta gələcəyi bildirilir. Barak Obama,
həmçinin 2015-ci ildə virusla mübarizəyə əlavə büdcə vəsaiti
ayırmaq üçün Konqresə müraciət etməyi də planlaşdırır.
Dünya Səhiyyə Təşkilatının son məlumatına görə Qərbi Afrikada
Ebola virusundan ölənlərin sayı 5,7 min nəfərə çatıb.
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO