Sağlamlıq
Ömrü uzadan qidalar - SİYAHI
Ömrünü uzatmaq istəyənlər öz rasionlarına kompleks karbohidratlar, bitki mənşəli qidalar və sağlam yağlar daxil etməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə "New Scientist"ə Cənubi Kaliforniya Universitetinin əməkdaşı Valter Lonqo danışıb.
Alim ömrü uzatmaq üçün pəhrizin əsas prinsipinin yatmazdan üç saat əvvəl yeməyi dayandırmaq olduğunu qeyd edib. O, həmçinin bugünkü son yeməklə sabahkı ilk yemək arasında 12 saatlıq fasilə saxlamağın vacibliyinə diqqət çəkib.
Digər vacib qayda balanslaşdırılmış qidalanma tərzidir: kalorilərin 40-60%-i kompleks karbohidratlardan, 10-15%-i bitki mənşəli qidalardan və 25-35%-i bitki mənşəli yağlardan gəlməlidir.
Mütəxəssis qida rasionunuza şəkər və ürək-damar xəstəlikləri riskini azaldan lobya, immunitet sistemini gücləndirən yaşıl tərəvəzlər əlavə etməyi tövsiyə edir. Ürək sağlamlığı üçün vacib olan sağlam yağları ehtiva edən çərəzləri də unutmaq olmaz.
Onun sözlərinə görə, yulaf qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir. Meyvələr isə lif mənbəyidir və bağırsaq sağlamlığını qorumaq üçün vacibdir.
"Balıqlar tərkibindəki dəmir, sink, yod və maqnezium sayəsində beyin və ürəyin fəaliyyətini yaxşılaşdırır.
Tədqiqatçılar sağlam yağların və ürək-damar sisteminə müsbət təsir göstərən güclü antioksidantların mühüm mənbələri olan zeytun və zeytun yağını da uzunömürlülüyün əsas komponentləri kimi müəyyən edirlər", - deyə alim vurğulayıb.
Ləman
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!















.jpg)





















