Sağlamlıq
Düyünü bişirdikdən bir gün sonra yeməyin FAYDALARI
Bəzi qidalar var ki, onları bişirdikdən bir gün sonra yedikdə daha dadlı olur. Yeni araşdırmaya görə, həmin qidalar bir gün qaldıqda dadlı olmaqla yanaşı həm də sağlamlığa fayda verirmiş.
Publika.az xəbər verir ki, düyü, kartof və ya makaron kimi qidalar bunlara aiddir.
Düyü, makaron və kartofu soyuducuda saxlamaq nişasta molekullarını yenidən təşkil edir və davamlı nişasta adlanan lif növü yaradır. Bağırsaqda sağlam bakteriyaları qidalandıran qısa zəncirli yağ turşuları meydana gətirmək üçün yoğun bağırsaqda parçalanır. Davamlı nişasta yavaş-yavaş həzm olunduğu üçün qan şəkərini balanslı şəkildə artırır. İnsulin səviyyələrini idarə edir və diabet riskini azaldır.
“Asia Pacific Journal of Clinical Nutrition”da 2015-ci ildə edilən bir araşdırmaya görə, bir gün müddətində saxlanılan düyü təzə bişmiş düyüdən 2,5 dəfə daha davamlı nişasta ehtiva edir.
Bəzi tədqiqatlar düyünü bu cür yeməyin diabet, çəki artımı və bəzi xərçənglərdən qorunmağa kömək edə biləcəyini göstərir. Həmçinin tərkibindəki lif sayəsində uzun müddət tox saxlayır, beləliklə də kalori qəbulunu azaldaraq çəkiyə nəzarət etməyə də kömək edir.
Roza
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq















.jpg)
























