Sağlamlıq
Azərbaycanda COVID-19-un yeni variantı yayılıb? - AÇIQLAMA
Dünyada COVID-19-un yeni variantı çox sürətlə yayılır. Ancaq müşahidələr onu göstərir ki, yeni variant çox da ağır xəstəliklə nəticələnmir.
Publika.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.
O qeyd edib ki, bu xəstəlik ürəkbulanma, burun axması, boğaz ağrısı, öskürək, hərarət, halsızlıq kimi simptomlarla özünü büruzə verir.
"Ölkəmizdə hazırda payız mövsümü ilə əlaqədar COVID-lə yanaşı, digər respirator infeksiyalara yoluxma riski də artır. Bunlar fərqli viruslardır, amma əlamətləri bir-birinə bənzəyir. Xəstəliyin COVID olub-olmamasına isə testlər vasitəsilə qərar verilə bilər.
Koronavirusun yeni variantının başqa ölkələrdə yayıldığını nəzərə alsaq, bizim ölkəmizdə də olma ehtimalı yüksəkdir. Nəticə etibarilə COVID də respirator infeksiya olduğu üçün sürətlə yayılır. Hazırda müşahidə olunan xəstəliklərin səbəbini isə test etmədən demək çətindir.
Ümumiyyətlə, bu xsətəliklərdən qorunma yolları eynidir. Ara məsafə gözlənilməli, gigiyenik qaydalara riayət edilməlidir. Çox adam olan yerlərdə ehtiyatlı olmaq lazımdır. Bu, ümumi, hər bir şəxsin edəcəyi şərtlərdir. Xüsusi risk qrupu olan insanlar isə peyvənd vurdurmalıdır", - deyə o bildirib.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq















.jpg)
























