Sağlamlıq
Uşaqlar üçün daha təhlükəlidir - Koronavirusun yeni ştamının simptomları
"COVID-19 virusu daim mutasiya edərək yeni xüsusiyyətlər qazanır. Bu gün dövriyyədə olan koronavirus variantlarının 60%-dən çoxu FLiRT qrupuna aiddir, lakin artıq yeni XEC ştamı da meydana gəlməyə başlayıb. Özü də əgər əvvəllər koronavirus "böyüklərin" infeksiyası hesab olunurdusa, virusun mutasiyası ilə uşaqlar daha çox xəstələnməyə başlayıblar".
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Seçenov Universitetinin Epidemiologiya və Müasir Vaksinasiya Texnologiyaları kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kostinov xəbərdarlıq edib.
Onun sözlərinə görə, XEC "Omicron"un növbəti variantlarından biridir.
"Bu ştam simptomlarına görə öz sələflərindən, demək olar ki, fərqlənmir - boğaz ağrısı, temperaturun yüksəlməsi, burun tutulması və mədə-bağırsaq problemləri yaradır", - deyə Mixail Kostinov bildirib.
Mütəxəssisin sözlərinə görə, "Omicron"dan sonra meydana gələn bütün ştamlar kimi, hazırkı koronavirus ilk növbədə risk qrupları - 60 yaşdan yuxarı insanlar, xroniki xəstəlikləri olanlar, immun çatışmazlığı olan insanlar, həmçinin əvvəllər xəstələnməyən və COVID-19-dan peyvənd olunmayanlar üçün təhlükə yaradır. Elm adamı onlara yenilənmiş vaksinlərlə peyvənd olunmağı tövsiyə edib.
Kostinovun sözlərinə görə, koronovirusun yayıldığı birinci-ikinci dövriyyə illərindən fərqli olaraq hazırda uşaqlar daha çox xəstələnməyə başlayıblar:
"Bu, əsasən uşaq və yeniyetmələrin daha geniş ünsiyyət dairəsinə malik olması və böyüklərdən daha çox sıx yerlərdə olması ilə bağlıdır".
(Oxu.az)
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq






































