Sağlamlıq
“İşıq çirklənməsi”nin səbəb olduğu dəhşətli xəstəliklər
Amerikalı alimlər “işıq çirklənməsi”nin sağlamlıq üzərində ciddi təsirləri olduğuna dair tədqiqatları davam etdirir. Gecə işığı xərçəng, ürək xəstəliyi, diabet, Alzheimer kimi xəstəliklərlə əlaqələndirilir. Bu narahatedici məsələnin səbəbləri isə hər zaman aydın olmur.
Publika.az xəbər verir ki, Tomas Cefferson Universitetinin tədqiqatçısı Con Hanifin işıq və qaranlıq arasındakı balansın pozulmasının insan fiziologiyasına təsir etdiyini vurğulayıb. Qeyd edib ki, gecələr işıq çirklənməsi sirkadiyalı ritmləri pozur, iltihabı artırır və melatonin hormonunun ifrazını azaldır:
“Bu təsir bədənin təbii dövrünü pozaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bizim öz qalaktikamız Şimali Amerikadakı insanların təxminən 80 faizi üçün görünməzdir. 1994-cü ildə Los-Ancelesdə baş verən zəlzələ nəticəsində işıqların kəsilməsi gecə səmasında bu dumanlı işıq toplusu ilə maraqlanan insanların Griffis Rəsədxanasına zəng etməsinə səbəb olmuşdu. Parıldayan faralar, işıqlandırılmış binalar, yanan reklam lövhələri və küçə işıqları şəhər səmasını, hətta insanlara da təsir edən bir parıltı ilə doldurur. Lampa ixtira edildiyi gündən evlərimizi gecələr işıqlı saxlamışıq. Hazırda isə yuxu problemləri ilə əlaqəli olan mavi işıq yayan qurğular - smartfonlar, televizor ekranları, planşetlər də buna əlavədir".
Araşdırmalar gecə işığının xərçəngə, Alzheimer, diabet və ürək xəstəlikləri riskini artırdığını göstərir. Gecə işığı altında yuxuya pozucu təsir göstərən ekranlar və digər işıq mənbələri bu problemləri daha da gücləndirir.
Cari ildə bir araşdırma üçün tədqiqatçılar 13 mindən çox insanın yaşayış ünvanlarında “işıq çirklənməsi”ni ölçmək üçün peyk məlumatlarından istifadə ediblər. Onlar müəyyənləşdiriblər ki, gecələr səmanın ən parlaq olduğu yerlərdə yaşayanların yüksək qan təzyiqi riski 31 faiz çoxdur. Honq-Konqda aparılan başqa bir araşdırma, koroner ürək xəstəliyindən ölüm riskinin 29 faiz daha yüksək olduğunu göstərib. Digər bir araşdırma isə insult və ya beyin anevrizması kimi serebrovaskulyar xəstəlik riskinin 17 faiz daha yüksək olduğunu aşkarlayıb. Təbii ki, müəyyən yerlərdə də havanın çirklənməsi, səs-küy, yaşıllıqların olmaması kimi problemlər mövcuddur. Beləliklə, bəzi tədqiqatlar üçün elm adamları bu amillərə nəzarət ediblər.
Mütəxəssislər “işıq çirklənməsi”ndən qorunma üçün qaranlıq pərdələrdən istifadə etməyi, ekranların yuxu zamanı uzaq tutulmasını və şəhər işıqlarının azaldılmasını təklif edir.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq






































