Sağlamlıq
Yaşıl çay ekstraktı arıqlamağınıza kömək edir?
Yaşıl çay ekstraktı əlavələrinin qəbulu əhəmiyyətli çəki itkisinə nail olmağa kömək etmir.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail"ə Redinq Universitetinin diyetoloqu Günter Kunle məlumat verib.
Mütəxəssisin sözlərinə görə, yaşıl çay uzun müddət arıqlamaq üçün potensial təbii vasitə hesab olunurdu. Onun yağ yandırıcı xüsusiyyətlərinə 16-cı əsrin Çin tibb ədəbiyyatında rast gəlinir. Müasir vitaminlər və pəhriz əlavələri istehsalçıları da guya maddələr mübadiləsini sürətləndirmək üçün tərkibində yaşıl çay ekstraktı olan məhsullar istehsal edirlər.
2016-cı ildə 115 qadın üzərində aparılan araşdırma, həqiqətən də, əlavələrin çəki itkisinə və belin incəlməsinə səbəb olduğunu göstərib. Təcrübə iştirakçıları 12 həftə ərzində gündəlik 800 mq yaşıl çay ekstraktı qəbul ediblər.
Əksinə, artıq çəki və ya piylənmədən əziyyət çəkən şəxsləri tədqiq edən digər bir araşdırma, yaşıl çay əlavəsinin statistik cəhətdən əhəmiyyətli çəki itkisinə səbəb olmadığını aşkar edib.
Diyetoloqun sözlərinə görə, ilk araşdırmanın nəticələrini şübhəli adlandırmaq olar. Bundan əlavə, arıqlama üçün yaşıl çayın faydalarını təsdiqləyən yüksək keyfiyyətli təcrübələr aparılmayıb. Bu o deməkdir ki, çay yarpaqları və ya onların ekstraktı arıqlamaq üçün ənənəvi üsulları əvəz edə bilməz. (Oxu.az)
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü






































