Sağlamlıq
Bu 5 qidanı yumaq olmaz - Mütəxəssislərdən xəbərdarlıq
Aldığımız qidaları yeməzdən əvvəl yumaq onların təmizlənməsini təmin etsə də, bu qayda hər qida üçün keçərli deyil. Bəzi qidaları istifadə etməzdən əvvəl yumaq olmaz.
Həmin qidaları təqdim edirik.
Yumurta: Yumurta qabığında bakteriyaların içəri girməsini əngəlləyən qoruyucu bir təbəqə var. Yumurtanın yuyulması bu qoruyucu təbəqəyə zərər verir və bakteriyaların çoxalmasına səbəb ola bilər. Bu bakteriyalar yumurtaya daxil olaraq sağlamlığımıza zərər verə bilər.
Göbələk: Göbələklər süngərəbənzər bir quruluşa malikdir və suyu asanlıqla özlərinə çəkirlər. Göbələyin yuyulması onun içində su toplamasına və bişirilərkən dadının dəyişməsinə yol açır. Həmçinin su ilə birlikdə bakteriyaların da göbələyin iç quruluşuna daxil olmasına səbəb ola bilərsiniz. Buna görə göbələkləri yumaq tövsiyə edilmir.
Toyuq: Toyuq əti Salmonella kimi ciddi sağlamlıq problemlərinə yol aça biləcək bakteriyaları daşıya bilər. Çiy halda toyuğun yuyulması bu bakteriyaların mətbəx səthinə və istifadə etdiyimiz alətlərə yayılmasına səbəb olur. Bişirərkən bu bakteriyalar tamamilə öldüyü üçün toyuğu yuyub bişirməyə ehtiyac yoxdur.
Balıq: Balığın səthində olan təbii yağlar onun faydalarını və təbii dadını qoruyur. Balığı yuduqdan sonra bişirmək bu xüsusiyyətləri itirməsinə səbəb ola bilər.
Makaron: Makaron özündə bol miqdarda nişasta ehtiva edir. Makaronun xarici səthini örtən nişasta sousun makaronla yapışmasını təmin edir və dadını artırır. Makaronun yuyulması sousla qarışmasını çətinləşdirir və dadını itirməsinə səbəb olur. Bu həmçinin makaronun konsistensiyasına da təsir edir.//Baku.WS
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































