Sağlamlıq
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
Bir çox kafe və restoranlarda müştərilər üçün nəzərdə tutulan endirimli setlər mövcuddur. Təklif olunan qida seçimini və içkilərin həcmini nəzərə aldıqda, qiymətlərin olduqca aşağı olması heyrət doğurur. Xüsusilə ətli xörəklərin keyfiyyətcə aşağı olması şübhəsi var. Buna görə də setdən istifadə etməyə bəziləri tərəddüd edir.
Publika.az bildirir ki, mövzu ilə Yenisabah.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, ucuz setlərin demək olar ki, heç bir ziyanı yoxdur:
"COP29-la bağlı bir çox sahələrdə işlər müvəqqəti dayanıb və insanların çoxu istirahət üçün müxtəlif yerlərə gedib. Bu isə restoranların müştəri bazasına mənfi təsir göstərir. Restoranlar əllərində olan ətin və digər qida məhsullarının xarab olmasını əngəlləmək və tez satmaq üçün aşağı qiymətlərə müxtəlif setlər hazırlayır. Bundan həm müştərilər məmnun qalır, həm də restoran ərzaq bazasını yeniləyə bilir.
Onların pis ətdən istifadə etdiyini desək, insafsız olarıq. Artıq AQTA nəzarəti elə gücləndirib ki, ölkədə keyfiyyətsiz ət satanlar demək olar ki, yoxdur. Odur ki, ucuz set menyularının heç bir ziyanı yoxdur. Əksinə, faydası var ki, insanlar ailələri ilə birlikdə bu cür endirimlərdən istifadə edə bilir".
Ağa Salamov qeyd edib ki, hazırda restoranlar arasında güclü rəqabət var və endirimli setlərin təklif edilməsi də daha çox müştəri cəlbinə hesablanıb:
"Əlbəttə, elə yerlər var ki, oralarda pis ətlər satılır. Belə istisnalar var. Yenə deyirəm, əsas məsələ ətin keyfiyyətidir. Restoranlar əti AQTA-nın nəzarəti altında olan kəsim məntəqələrindən almalı və düzgün şərtlər altında saxlanmasına diqqət etməlidir. Bu zaman setin də heç bir problem yoxdur.
Hazırda ictimai-iaşə bazarında ciddi rəqabət var. Hər tin başında restoran yerləşir. Belə olduqda isə sahibkarlar müxtəlif marketinq üsullarına əl atır. Set menyular müştəri cəlb etmək baxımından olduqca effektivdir".
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?


















.jpg)




















