Sağlamlıq
110 yaşlı nənə uzunömürlülüyün SİRRİNİ AÇDI: hər gün bu içkini içir - FOTO
110 yaşlı avstraliyalı qadın yubileyini qeyd edib və uzunömürlülüyün sirrini açıb.
Publika.az xəbər verir ki, bu barədə "LADBible" yazır.
Bridjit Qrok 1914-cü il noyabrın 18-də, Birinci Dünya Müharibəsinin başlamasından dörd ay sonra anadan olub. Onun yeddi qardaşı və bir bacısı olub. Gələcəyin uzunömürlülər ailəsi ölkənin müxtəlif yerlərində yaşayıb. Çünki onun atası qatar maşinisti işləyirdi. Bridjit danışır ki, anası qəza nəticəsində bir qolunu itirməsinə baxmayaraq, çoxsaylı səfərlər zamanı uşaqlarının və ailəsinin qayğısına qalmağı bir an da olsun arxa plana keçirməyib.
Bridjit evlənəndə ailəsi Qərbi Avstraliyanın Pert şəhərində məskunlaşıb. O, uzunömürlülüyünün əsas səbəbi kimi pivəyə olan sevgisini göstərib. Qrok 1908-ci ildən Pertdə istehsal olunan "Emu Export" pivəsini 60 il ərzində hər gün içdiyi üçün bu qədər uzun yaşadığını iddia edir. Avstraliyalı bir qadından ən çox sevdiyi səhər içkisinin nə olduğunu soruşduqda o, tərəddüd etmədən "Pivə", deyə cavab verib.
Lakin bununla yanaşı o, əmindir ki, onun uzun, xoşbəxt həyatının yeganə səbəbi bu deyil.
Qrokun qızı əlavə edib ki, anasının böyük yumor hissi də ona gənc qalmağa və həyata müsbət baxmağa imkan verir. O, son on ildə Böyük Britaniya Kraliçası II Yelizaveta və Kral III Çarlzdan çoxlu şəxsi təbriklər alıb.
110 yaşı olmasına baxmayaraq, Bridjit Qrok Avstraliyanın ən yaşlı sakini deyil. Onu 6 iyun 1914-cü ildə anadan olmuş Lorna Henstridj qabaqlayır.
Adəm Abbaslı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar














.jpg)
























