Sağlamlıq
Quş qripinə qarşı epizootoloji monitorinq aparılır
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş qripi xəstəliyinə qarşı noyabrın 25-27-də muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib.
Agentlikdən Publika.az-a bildirilib ki, bununla əlaqədar risk əsasında müəyyən olunmuş təbiət əraziləri və su hövzələri ətrafında vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin mövcudluğunun araşdırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müşahidələr aparılıb, müxtəlif növ ev quşlarından ümumilikdə 60 qan, 120 yaxma nümunəsi götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun mərkəzi baytarlıq laboratoriyasında müvafiq müayinələrə cəlb edilib. Həmçinin monitorinq çərçivəsində baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib.
Qarşıdakı dövrlərdə muxtar respublika ərazisində epizootoloji sabitliyin təmin edilməsi məqsədilə müxtəlif növ xüsusi təhlükəli heyvan xəstəliklərinə görə monitorinqlərin keçirilməsi və müvafiq tədbirlərin icrası davam etdiriləcək.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar














.jpg)
























