Sağlamlıq
Qənirə Ataşova Ülviyyənin daha bir əməlini ifşa etdi: qurban hansı aktrisadır? - VİDEO
Bəsti Hacıyevanın əməliyyatdan sağ çıxması sevindirici xəbərdir, amma məsələ bununla bitmir. Hazırda Bəsti xanım reanimasiyada olsa da, bu əməliyyatın kölgəsində gizlənən ciddi faktlar var.
Publika.az bu sözləri ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkədə bildirib.
"Azərbaycan mətbuatında bəzi mənbələr Ülviyyə İlyasovanın bu əməliyyatla bağlı rolunu gizlətmək üçün məlumatlar tirajlayır. Lakin məndə bu məsələyə işıq salacaq faktlar mövcuddur. Ülviyyə İlyasovanın əməliyyatdan sonra hadisə yerində necə gizləndiyini əks etdirən sübutlarım var. Hətta onun bacısının telefonundan xəstə yaxınlarına zəng edib, “Məni ələ verməyin, tutulsam xəstənizin xərclərini ödəməyəcəm”, deyə insanları qorxutduğuna dair məlumatlar mövcuddur", - deyə o qeyd edib.
Jurnalist vurğulayıb ki, Bəsti xanım varlı deyil, maliyyə baxımından çətinlik çəkir və Ülviyyənin onun üçün ödəyəcəyi yardıma möhtacdır: "Amma hüquq-mühafizə orqanları bu məsələni diqqətlə araşdırmalıdır. Ülviyyənin günahını hansısa saxta “həkim” öz boynuna götürübsə, bunun səbəbləri də açıq şəkildə üzə çıxarılmalıdır".
Ataşova Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyini sübut edən video da təqdim edib:
"Bu dəfə söhbət azərbaycanlı aktrisa Mila Bekovadan gedir. Həmin videoda görəcəksiniz ki, Ülviyyənin əməlləri Mila xanımı hansı psixoloji, fiziki və mənəvi əzablarla üz-üzə qoyub. Öz gözlərinizlə izləyib nəticə çıxarın. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının addım atması və ədalətin təmin olunması hər birimizin gözləntisidir. Bu hadisələr yalnız fərdi insanlara deyil, bütövlükdə cəmiyyətə zərbə vurur. Biz isə susmamalı, həqiqətləri işıqlandırmalıyıq".
Qeyd edək ki, Qənirə Ataşova "Instagram" sosial şəbəkəsində 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları qeyri-qanuni əməliyyatlar etməkdə günahlandırmışdı.
Bu il aprelin 16-da Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı etdiyi və öz eltisi olan 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra öldüyü məlum olmuşdu.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
İlyasovanın bu yaxınlarda əməliyyat etdiyi daha bir xəstənin vəziyyətinin yaxşı olmadığı iddia olunmuşdu, o isə “Günə bax” verilişində bildirib ki, hazırda işini dayandırıb və heç bir əməliyyat etmir.
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO