Sağlamlıq
Dünya yeni pandemiyaya hazırdır? - ÜST rəsmisindən açıqlama
“Dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil”.
Publika.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən qlobal hadisələr və gələcək perspektivlər barədə BMT-nin Cenevrə ofisində jurnalistlərə açıqlamasında deyib.
O, səhiyyə sahəsində əldə olunan uğurlardan bəhs edərək, 2024-cü ildə doqquz ölkənin bəzi xəstəliklərdən tamamilə azad olunduğunu, Afrikanın 17 ölkəsinə 12 milyondan çox malyariya peyvəndinin çatdırıldığını və 150 ölkədə siqaret istifadəsinin azaldığını vurğulayıb. Bildirib ki, bu nailiyyətlər səhiyyə siyasətinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.
ÜST-ün baş direktoru Qəzza, Sudan və Ukraynada davam edən münaqişələrin səhiyyə infrastrukturuna ciddi zərbə vurduğunu bildirib. Təşkilatın qeydlərinə əsasən, son bir il ərzində səhiyyə xidmətləri 1370 dəfə hücuma məruz qalıb. Nəticədə 805 nəfər həlak olub, 1545 nəfər isə yaralanıb. Suriyada isə Hələb və İdlib şəhərlərində səhiyyə müəssisələrinə qarşı 19 hücum baş verib. Bu hücumlar səhiyyə sisteminə ağır zərbə vurub, nəticədə səhiyyə xidmətlərinin göstərilməsi məhdudlaşıb.
O, Suriyadakı inkişafın müəyyən ümid doğurduğunu bildirsə də, məcburi köçkünlərin və ölkəyə qayıdan insanların səhiyyə sisteminə yeni yük gətirdiyini qeyd edib. Suriyada xəstəxanaların üçdə ikisinin fəaliyyətsiz olması ölkədə səhiyyə xidmətlərinin keyfiyyətini müəyyən dərəcədə aşağı salıb.
T.A.Qebreyesus yeni pandemiyanın ortaya çıxması ehtimalının yüksək olduğunu və dünyanın bu təhlükəyə tam hazır olmadığını vurğulayıb. Onun sözlərinə görə, COVID-19 pandemiyasından öyrənilən dərslərə baxmayaraq, bəzi zəifliklər hələ də mövcuddur: “Bu zəifliklərin aradan qaldırılması məqsədilə Dünya Bankı və ÜST-ün Pandemiya Fondu yaradılıb. Bununla yanaşı, yerli dərman və peyvənd istehsalına üstünlük verilməsi kimi təşəbbüslər həyata keçirilir. Lakin dünya əhalisinin yarısının əsas səhiyyə xidmətlərinə çıxışı yoxdur və 2 milyard insan səhiyyə xərclərinə görə maliyyə çətinliyi yaşayır. Qlobal səhiyyə sistemində davamlı islahatlar zəruridir”.
ÜST rəsmisi dünyada yeni və mövcud yoluxucu xəstəliklərin yayılma vəziyyəti barədə də məlumat verib. O, Afrikada “M-pox” virusunun, Ruandada Marburq virusunun və quş qripinin yayılma hallarını xüsusi qeyd edib. Həmçinin Ruandada baş verən naməlum xəstəliklə bağlı narahatlığını ifadə edərək, 416 yoluxma halından 31-nin ölüm ilə nəticələndiyini, ölənlərin əksəriyyətinin 14 yaşdan kiçik uşaqlar olduğunu bildirib. Bundan başqa, vəba və qızılca hallarının artması, 1990-cı ildən etibarən böyüklər arasında şəkərli diabetə tutulma hallarının dörd dəfə artması da qlobal səhiyyə sisteminin üzləşdiyi çağırışlar sırasındadır.
T.A.Qebreyesus COVID-19 virusunun keçmişdə qalmadığını vurğulayıb. 2024-cü il ərzində hər həftə orta hesabla 1000 nəfərin COVID-19 səbəbilə həyatını itirdiyini və son beş ildə dünyada ümumilikdə 7 milyon insanın bu xəstəliyin qurbanı olduğunu bildirib.
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov








































