Sağlamlıq
İnfarktın qarşısını almağın sadə yolu: 3-4 dəqiqə...
Dünyada təxminən 300 milyondan çox ürək xəstəsi var və 2 milyarddan çox insan ürək xəstəliyi riski altındadır.
Publika.az xəbər verir ki, ürək-damar xəstəlikləri hər il 18,6 milyondan çox insanın ölümünə səbəb olur.
Ürək-damar xəstəliklərindən ölənlərin üçdə biri 70 yaşdan aşağı insanlardır. Bu ölümlərin 85 faizi infarkt və insult nəticəsində baş verir.
Ürək-damar xəstəlikləri ən mühüm sağlamlıq problemlərindəndir. Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildə ölkədə ölümlərin 33,4 faizi qan dövranı sistemi xəstəliklərindən qaynaqlanıb. Bu o deməkdir ki, hər üç dəqiqədə təxminən bir nəfər ölür. Hər il təxminən 300 min insan infarkt keçirərkən, xərçəng səbəbiylə itkilər bu rəqəmin yarısını təşkil edir. Ürək-damar xəstəliklərindən ölümlərin 80 faizi tütün istifadəsi, qeyri-sağlam qidalanma, hərəkətsizlik kimi idarə oluna və qarşısı alına bilən risk faktorları ilə bağlıdır.
Həkim Güner Sönmez sosial şəbəkədə yeni araşdırmasının nəticələrini paylaşıb:
"Pilləkənləri qalxmaq və ya avtobusa çatmaq üçün qaçmaq kimi nəfəsinizi kəsən yüksək enerjili fəaliyyətlər infarkt riskini azaldır. Gündə yalnız 1,2 - 1,6 dəqiqə intensiv fiziki fəaliyyətlə məşğul olmaq lazımdır. Gündə orta hesabla 3-4 dəqiqə güclü fiziki fəaliyyət yerinə yetirildikdə infarkt keçirmə ehtimalı azalır”.
Aysel Şahmar
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi





































