Sağlamlıq
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? - VİDEO
Dünyada yeni metapnevmovirus adlı respirator virus yayılıb.
Publika.az xəbər verir ki, Çində aşkarlanan yeni virusa Qazaxıstan, Qırğızıstan, Rusiya və Hindistanda da yoluxma qeydə alınıb.
İnfeksionist Vasif Əliyev açıqlamasında bildirib ki, virusun dünyanın bir çox, hətta Azərbaycana yaxın ölkələrdə də yayılması müşahidə olunsa da, ÜST bununla bağlı hələlik açıqlama verməyib. Xəstəliyin təfərrüatlı statisik məlumatları açıqlanmasa da, Azərbaycanda yayılma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, bəzi şəxslər üçün isə bu virusa yoluxma ölümlə nəticələnə bilər.
İnfeksionist qeyd edib ki, metapnevmovirus infeksiyasının müalicəsi zamanı bəzi dərmanlar effektiv olsa da, peyvəndi mövcud deyil. Yoluxmadan yayınmaq üçün koronavirus dönəmində olduğu kimi gigiyenik qaydalara riayət etmək vacibdir.
Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































