Sağlamlıq
Pəhrizinizi yenidən nəzərdən keçirin: Bunlar beyniniz üçün problemə çevrilə bilər
100 mindən çox insan üzərində aparılan son araşdırmaya görə, sosiska və kolbasa kimi ət məhsullarının yeyilməsinin yaşlı insanlarda demensiya (yaddaşın zəifləməsi, ağılsızlıq) riskini əhəmiyyətli dərəcədə artıra biləcəyi müəyyənləşib. Alimlər iddia edirlər ki, həftədə təxminən iki porsiya bu cür məhsul yeyən insanların demensiyaya tutulma riski onu az yeyənlərlə müqayisədə 13% çoxdur.
Publika.az xəbər verir ki, bu barədə "El Pais" yazıb.
Tədqiqat orta yaşı 49 olan 133 771 iştirakçının məlumatlarına baxıb. 43 il ərzində 11 173 nəfərə demensiya diaqnozu qoyulub. Ancaq təəccüblüdür ki, işlənməmiş qırmızı ət və alzheimer xəstəliyi arasında birbaşa əlaqə tapılmayıb.
Bununla belə, alimlər ətdən tamamilə imtina etməyə çağırmırlar. Əksinə, pəhrizinizi diversifikasiya etməyi və işlənmiş əti daha sağlam variantlarla - balıq, paxlalılar, toyuqla əvəz etməyi məsləhət görürlər: Məsələn, kolbasanın bir hissəsini balıqla əvəz etmək demensiya riskini 28% azalda bilər.
Qeyd etmək lazımdır ki, oxşar tədqiqatlar əvvəllər də aparılıb, lakin alimlərin yeni işləri daha dəqiq olub.
Adəm
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək











.jpg)













.jpg)













