Sağlamlıq
Pomidor şirəsinin elə faydaları üzə çıxdı ki...
"Günü çay və ya qəhvə əvəzinə pomidor şirəsi ilə başlamaq lazımdır. Bu, demensiya və hipertoniyadan qoruyan mükəmməl içkidir".
Publika.az xəbər verir ki, bu barədə britaniyalı məşhur həkim Ranc Singh danışıb.
Onun sözlərinə görə, duzsuz tomat şirəsi və yulafın birləşməsi sağlamlıq üçün çoxlu üstünlüklər verir, orqanizmdə xolesterol səviyyəsini azaldır və şlaklardan təmizləyir.
"Tomat şirəsi içkiyə xarakterik qırmızı rəng verən likopen ilə zəngindir. Bu piqment ürək tutması riskinin artması ilə əlaqəli damarlarda ərpin yaranmasının qarşısını ala bilir. Çünki likopen zərərli xolesterol növünü (ASLP) inhibə edir", - deyə Ranj Singh qeyd edib.
Həkim bildirilib ki, bir çoxlarının düşündüyünün əksinə xolesterol orqanizm üçün zəruridir - həzm, "D" vitamini və hormonların istehsalı daxil olmaqla bir çox funksiyaları üçün son dərəcə vacibdir. Ancaq həddindən artıq olduqda (yağlı qida, alkoqol qəbulu, fiziki aktivliyin çatışmazlığı, artıq çəkiyə görə) qanda toplanır, bu isə sağlamlıq üçün ziyandır.
"Məkrli cəhət ondan ibarətdir ki, yüksək xolesterol səviyyəsi heç bir şəkildə özünü göstərməyə bilər, lakin bu göstəricinin artması ilə insult və digər həyat üçün təhlükəli vəziyyətlərin riski artır", - həkim deyib.
Ekspert bildirib ki, duzsuz tomat şirəsi həqiqətən bəzi insanlarda xolesterol səviyyəsini azaltmağa kömək edir", - deyə mütəxəssis bir daha vurğulayıb.
Tomat şirəsindən əlavə, Ranc Singh səhər yeməyində yulaf yeməyi məsləhət görüb.
"Tam taxıl məhsulları bağırsağın işini yaxşılaşdırmağa kömək edir, bu da artıq xolesterolu orqanizmdən xaric etməyə kömək edir", - deyə o bildirib. (Oxu.Az)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































