Sağlamlıq
Gənc qalmağın sirri: Dəriyə ən çox zərər verən vərdişlər
“Harvard Health” tərəfindən dərc edilən hesabata görə, bir çox insan bilmədən dərisini sürətlə qocaldan səhvlər edir. Yanlış qulluq texnikası, günəşdən qorunmamaq və siqaret çəkmək kimi faktorlar dəriyə mənfi təsir göstərir.
Bəs, ən çox yayılmış səhvlər hansılardır? Gənc və sağlam dəri üçün nə etmək lazımdır?
Publika.az xəbər verir ki, dərinin vaxtından əvvəl qocalmasına səbəb olan və qırışların əmələ gəlməsini sürətləndirən dörd əsas səhv var.
1. Günəş kremindən istifadə etməmək
Dəriyə qulluqda ən böyük səhvlərdən biri günəş kremindən istifadə etməməkdir. “Harvard” mütəxəssislərinin fikrincə, günəş şüası dəri hüceyrələrini zədələyir.
- Günəşdən qorunmadan çölə çıxmaq qırışları çoxaldır.
- SPF 30 və ya daha yüksək olan günəş kremindən istifadə dərini ultrabənövşəyi şüaların zərərindən qoruyur.
- Günəşdən qorunmayan dəridə tez qocalma əlamətləri görünür. Bu səbəbdən mütəxəssislər hər gün müntəzəm olaraq günəş kremindən istifadə etməyi tövsiyə edir.
2. Günəş eynəyi və papaq taxmamaq
Göz ətrafındakı qırışların ən böyük səbəblərindən biri günəş eynəyi və papaq taxmamaqdır.
- Papaq taxmaq gözlərin qıyılmasının qarşısını alır.
- Günəş eynəklərindən istifadə göz ətrafındakı həssas dərini qorumağa kömək edir.
- Əgər tez-tez gözlərinizi qıyırsınızsa bu hərəkət incə xəttlərin və qırışların dərinləşməsinə səbəb ola bilər.
3. Stress və mənfi emosiyalar
Stress, kədər və qəzəb kimi duyğular dərinin sürətlə qocalmasına səbəb olan mühüm amillərdəndir. Emosional vəziyyətimiz üz ifadələrimizdə əks olunur və bu, qırışların əmələ gəlməsinə səbəb olur.
- Qəzəb və narahatlıq göz ətrafındakı cizgiləri dərinləşdirir.
- Stress dərinin kollagen istehsalını azaldır, elastikliyini itirməsinə səbəb olur.
- Beləliklə, stressi idarə etmək, rahatlaşdırıcı fəaliyyətlər etmək dərini gənc və sağlam saxlamağa kömək edə bilər.
4. Siqaret çəkmək
Siqaret çəkmək dəri sağlamlığını ən çox təsir edən vərdişlərdən biridir. Siqaret dəridə qan axınını azaldır, kollagen və elastin strukturunu pozur, dərinin sürətlə qocalmasına səbəb olur.
- Siqaret çəkənlərdə dərin qırışlar daha erkən yaşda yaranır.
- Dəri solğun və cansız görünür.
- Siqareti tərgitmək dəri sağlamlığınızı qorumaq və qocalma əlamətlərini yavaşlatmaq üçün atacağınız ən vacib addımlardan biridir.
Aysel Şahmar
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















