Sağlamlıq
Dietoloq çörəyin faydalarından danışdı: ARIQLADIR!
Arıqlamaq istəyən çörəkdən imtina etməməlidir, çünki çörək qiymətli minerallar mənbəyidir.
Publika.az bildirir ki, bu barədə "Gazeta.Ru"ya dietoloq Yuliya Xlopova məlumat verib.
“Çörək bəşəriyyəti min illər boyu doyuzduran ən qədim məhsullardan biridir. Əsas komponentlər su, un, duz və mayadır. Ancaq çörək karbohidratlar, lif, B vitaminləri, maqnezium, kalium və dəmir kimi minerallarla zəngin məhsuldur", - dietoloq qeyd edib.
Onun sözlərinə görə, çörək balanslaşdırılmış pəhrizə daxil edilərsə, arıqlamağa maneə olmayacaq.
“Əksinə, bu prosesə kömək edə bilər. Tam taxıl çörəyi, tərkibindəki lif sayəsində daha uzun müddət tox hiss etməyə kömək edir, həddindən artıq yemək riskini azaldır.
Çörəkdən alınan karbohidratlar məşq və gündəlik digər fəaliyyətlər üçün enerji verir. Bundan əlavə, bu, emosional rahatlıq gətirir - çörəyin tamamilə istisna edilməsi çox vaxt stresə və əsəb pozğunluğuna səbəb olur”, - Yuliya Xlopova bildirib.
Mütəxəssis qeyd edib ki, dünyada karbohidratın məhdudlaşdırıldığı pəhrizlər dəb halına gəldiyi üçün çörək “avtomatik olaraq gözdən düşüb”.
“Buna çörəyin qan şəkərinin kəskin artmasına səbəb olması, əlavə çəkini artırması və qida dəyərinin olmaması əsas gətirilir. Lakin bu cür ifadələr real elmi məlumatlardan daha çox miflərə əsaslanır”, - o qeyd edib.
Dietoloq xatırladıb ki, insanlar müəyyən məhsula görə deyil, ümumi olaraq artıq kalori qəbul etdiklərinə görə kökəlirlər.
O, artıq çəki ilə mübarizə aparanlara tam taxıldan hazırlanan və ya mayasız çörəyə, eləcə də tərkibinə kətan toxumu, ya da balqabaq tumu əlavə edilmiş çörək növlərinə üstünlük verməyi tövsiyə edib.
Ləman
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















