Sağlamlıq
Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? - İçinə qatılanlar BƏLLİ OLDU
Qrip və soyuqdəymə zamanı simptomatik müalicə üçün çox vaxt toz halında olan dərmanlardan istifadə olunur.
Ağrıkəsici və temperatur salma xüsusiyyətlərinə malik olduğu üçün bu preparatlara tələbat böyükdür. Əczaçı Səidə Pənahovanın sözlərinə görə, sakinlər ən çox respirator xəstəliklərlə bağlı dərmanlar alırlar:
"Əsasən toz şəklində olan dərmanlar tələb olunur. Bəzən xəstələr düzgün istifadə qaydasını bilməyərək onları 2-3 saatdan bir qəbul edirlər, amma bu düzgün deyil. Arada ən azı 5 saat fasilə olmalıdır".
Buna baxmayaraq, bir çox ölkələrdə istifadəsi qadağan edilən "Nimesil" kimi digər toz halında olan dərmanların da zərərli tərəfləri var. Terapevt Sübhan Hacıyevin sözlərinə görə, bu dərmanların bəziləri nimesulid tərkibli olduğu üçün ciddi fəsadlara yol aça bilər. Bundan başqa, toz halında olan dərman vasitələrinin istifadəsi allergik reaksiyası olan insanlar üçün təhlükəli sayılır.
"Belə dərmanların tərkibində kifayət qədər ciddi molekullar var. Onların qeyri-rasional və həkim nəzarəti olmadan qəbulu həm qaraciyər, həm böyrəklər, həm də mədə-bağırsağın fəaliyyətinə ciddi fəsadlar törədə bilər. Xəstələr həkim məsləhəti olmadan dərman molekullarına müraciət etməsinlər", - deyə o əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















