Sağlamlıq
Azərbaycanda qəfil ölümlərin sayı artdı: Nədən qorunmalıyıq?
Son dövrlər cəmiyyətimizdə qəfil ölümlər barədə xeyli xəbər dərc olunub. Bəzi şəxslər iddia edirlər ki, say əvvəlki illərə nisbətən çoxalıb. Bəs görəsən, statistika nə yerdədir və mövcud reallığı yaradan səbəblər nədir?
Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsindən bildirilib ki, qəfil ölümlərin sayı 2022-ci ildə 896, 2023-cü ildə 565, 2024-cü ildə isə 533 hal təşkil edib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Rafail Daşdəmirov Oxua.az-a açıqlamasında qəfləti ürək dayanmasının səbəbinin ürəyin işemik xəstəliyi olduğunu deyib:
"Bu zaman tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla gedib kiçik mənfəzli damarın keçidini tıxaması - red.) və ürək ritm pozuntusu olaraq asistoliya (elektrik və mexaniki ürək aksiyasının tamam dayanması - red.) səbəbindən qəfləti ölüm baş verir. Ürək qan-damar sisteminin bir sıra xəstəlikləri nəticəsində öncə miokard infarktı, aterosklerotik dəyişikliklər nəticəsində koronar damarların tıxanması və güclü stres nəticəsində angiospazm ölümə səbəb ola bilər.
Əsasən, bunun bir sıra səbəbləri ola bilər: irsiyyətin rolu, stres faktoru, düzgün qidalanmamaq, yuxu rejiminin düzgün olmaması, alkoqol və tütün məhsullarından istifadə olunması və sair. Qəfləti ölümlərin səbəbi kimi müasir dünyamızda hərəkətsizliyin gətirdiyi piylənmənin rolunu da xüsusi vurğulamalıyıq".
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı


















.webp)



















