Sağlamlıq
Beynin qocalmasını sürətləndirən amillər açıqlandı
Uşaqlıqda yaşanan stress beynin qocalmasını sürətləndirir və neyrodegenerativ prosesləri gücləndirir.
Publika.az xəbər verir ki, bunu Berlinin Charite Universitetinin alimləri müəyyən ediblər.
Araşdırmanın nəticələri "Annals of Neurology" jurnalında dərc olunub.
Araşdırmada 30-60 yaş arası 179 qadın iştirak edib. Son dövrlərdə qadınlarda neyrodegenerativ xəstəliklər riski artdığı üçün alimlər bu qrupa diqqət yetirmək qərarına gəliblər.
Charite Tibbi Psixologiya İnstitutunun doktorantı və tədqiqat məqaləsinin aparıcı müəllifi Lara Flek bildirib ki, iştirakçıların yetkinlikdən əvvəlki illərdə əhəmiyyətli stress və ya narahatlıq keçirdiklərini öyrənmək üçün əvvəlcə müsahibə aparılıb.
Alimlər, həmçinin iştirakçılardan qan nümunələri götürərək spesifik neyroinflamatuar prosesləri və sinir hüceyrələrinin zədələnməsini göstərən biomarkerlərin axtarışı üçün yüksək dəqiqlikli texnologiyadan istifadə ediblər. Bundan əlavə, koqnitiv funksiyanı qiymətləndirmək üçün iştirakçılar beynin MRT və standartlaşdırılmış testlərindən keçiriliblər.
Nəticələr göstərib ki, beyni vaxtından əvvəl qocaldan amillər bunlardır:
- qəddar rəftarla üzləşmək;
- laqeyd valideynlərə sahib olmaq;
- məişət zorakılığı;
- narkotik maddələrə məruz qalmaq;
- ailədaxili şiddət;
- uşaqlıqda valideyn itkisi
Bütün bunlar yetkinlik dövründə neyroinflamasiya və sürətlənmiş neyrodegenerasiya ilə əlaqəli hesab edilib.
Həmçinin, yetkinlik yaşına çatmamışdan əvvəl stress keçirən qadınların beyin həcminin öz yaşıdları ilə müqayisədə daha az olduğu aşkarlanıb.
Buna baxmayaraq, alimlər qeyd ediblər ki, nəticələr uşaqlıq dövrü stressinin mütləq şəkildə demensiyaya səbəb olduğunu göstərmir.
Ləman
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO



































