Sağlamlıq
Qazlı içkilərdəki təhlükəli maddə: Damarlarda iltihaba səbəb olur
Əksər qazlı içkilərin tərkibində olan "aspartam" qan damarlarının iltihabına səbəb olur.
Publika.az xəbər verir ki, bunu İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər.
Alimlər bildiriblər ki, bu süni dadlandırıcı insulinin artmasına səbəb olur və nəticədə qan damarlarının iltihabına gətirib çıxarır.
Araşdırmanın nəticələri "Cell Metabolism" jurnalında dərc olunub.
Qeyd edilir ki, "aspartam" məhsulların tərkibində "E951" kod adı ilə yer alan şəkər əvəzedicisidir. Bu maddə süfrə şəkərindən 180-200 dəfə şirindir. Əsasən pəhriz məhsullarında, içkilərdə, vitaminlərdə və çayların istehsalında ondan fəal şəkildə istifadə olunur.
Əvvəlki tədqiqatlar şəkər əvəzedicilərinin istehlakını ürək-damar xəstəlikləri və diabet riskinin artması ilə əlaqələndirib. Lakin bu prosesdə iştirak edən mexanizmlər öyrənilməyib.
Elm adamları bu boşluğu doldurmaq üçün siçanları 12 həftə ərzində hər gün 0,15% aspartam tərkibli qida ilə qidalandırıblar. Bu miqdar bir adam üçün gündə təxminən üç qutu qazlı içkiyə bərabərdir.
Nəticələr göstərib ki, bu cür qidalanan gəmiricilərin damarlarında standart qidalanan siçanlara nisbətən daha böyük və çoxsaylı yağ lövhələri əmələ gəlib. Bu isə artan iltihab səviyyəsi ilə əlaqəli olub. Nəticələr həmin heyvanlarda ürək-damar sisteminin vəziyyətinin pisləşdiyini göstərib.
Tədqiqatçılar siçanların qanını təhlil edərkən müəyyən ediblər ki, "aspartam" onların bədəninə daxil olduqdan sonra insulin səviyyələrində sıçrayış yaranıb. "Aspartam"ın reseptorları daha çox insulin buraxması üçün “aldatdığı” üzə çıxıb. Bu isə "CX3CL1" adlı immun siqnalın aktivləşməsi səbəbindən qan damarlarının iltihabına səbəb olur.
Alimlər "aspartam"ın insan orqanizminə də oxşar təsir göstərə biləcəyini irəli sürüblər.
Ləman
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO



































