Sağlamlıq
Mütəxəssislərdən xəbərdarlıq: Soyuq ürəyə zərər verir
Mütəxəssislər soyuq havanın ürək xəstələri üçün ciddi risklər yaratdığını iddia edirlər.
Publika.az xəbər verir ki, mütəxəssislər damarların daralmasının səbəb olduğu infarkt və yüksək təzyiq risklərinə qarşı xəbərdarlıq edib.
Qaradəniz Texniki Universiteti (KTU) Farabi Xəstəxanası Kardiologiya şöbəsinin müdiri Merih Kutlu soyuq havanın ürək sağlamlığına təsirlərinə diqqət çəkərək xüsusilə ürək xəstələrinə xəbərdarlıq edib:
“Sağlam insanlarda problem yaratmayan soyuq hava ürək-damar xəstəlikləri olan insanlarda damarların daralmasına səbəb olaraq infarkt riskini artıra bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il təxminən 18 milyon insanın ürək xəstəliklərindən həyatını itirir. Türkiyədə bu rəqəm 200 mindir. Bu vəziyyət xüsusilə koronar damar xəstələrində sinə ağrısı kimi şikayətlərə səbəb ola bilər. Eyni zamanda infeksiyalara qarşı həssaslıq da artır. Qrip və pnevmoniya kimi xəstəliklər ürək xəstələri üçün əlavə risk yaradır”.
Kutlu ürək xəstələrinə qrip və pnevmoniyaya qarşı peyvənd edilməsini tövsiyə edib:
“Sağlam qidalanma, nizamlı idman və bol maye qəbul edilməlidir. Soyuq havada küləyə qarşı yeriməkdən çəkinmək lazımdır. Qrip dərmanlarının tərkibindəki bəzi aktiv maddələr təzyiqi artıra bilər. Buna görə diqqətli olmaq gərəkdir”.
Aysel Şahmar
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
















.webp)





















